“Anlamalıyıq ki, Rusiya Ermənistanın müttəfiqidir, amma Azərbaycanın düşməni deyil” –Paşinyan

“Biz sadəcə, uzun müddətdir ki, müxtəlif yollarla Rusiyaya həqiqətə uyğun olmayan öhdəliklər yüklədik”.

“Sputnik-Armeniya” yazır ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan, Aragatsotn bölgəsindəki Ohanavan sakinləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, Rusiya keçmiş SSRİ-nin özəyi olaraq yalnız Ermənistanla deyil, həm də Azərbaycan da daxil olmaqla digər keçmiş ittifaq respublikaları qarşısında öhdəliklərə malikdir: “Anlamalıyıq ki, Rusiya Ermənistanın dostu və strateji müttəfiqidir, amma Azərbaycanın düşməni deyil. Və bu müttəfiqlik öhdəliklərinin müəyyən bir çərçivəyə sahib olduğunu başa düşməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xalq artisti Ramiz Məmmədov sabah dəfn ediləcək

Sonrakı məqalə

Putin Tayqada istirahətdədir –