“Anqlosakslar KTMT məkanında yeni gərginlik və münaqişə ocaqlarını alovlandırmaq istəyirlər”.
Azpost.info “Rossiyskaya qazeta”ya istinadən bildirir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
“Onların vəzifəsi KTMT məkanında yeni gərginlik və münaqişə ocaqlarının yaranması da daxil olmaqla, bu ölkələrdə baş verən proseslərin öz maraqları naminə kənardan idarə olunması üçün şərait yaratmaqdır”, – Patruşev KTMT ölkələrinin Təhlükəsizlik Şuralarının katiblərinin Minskdə keçirilən iclasında deyib.
İclasda Belarus Prezidenti Aleksandr Lukaşenko iştirak edib.
