Antiterror tədbirlərində şəhid olanlarla bağlı bütün sosial təminatlar vaxtında icra olunacaq-Nazir

“Antiterror tədbirlərində şəhid olanlarla bağlı bütün sosial təminatlar vaxtında, keyfiyyətli şəkildə icra olunacaq”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həm birdəfəlik ödəmələr, həm təqaüd və pensiya ödəmələri, həm də qanunvericilikdə nəzərdə tutulmuş mənzil, avtomobil hüquqları həyata keçiriləcək: “Artıq ailələrlə görüşlər başlanıb. Nazirliyin müvafiq qurumları dəfn mərasimlərində iştirak edir, sənədləri toplayır”.

Əvvəlki məqalə

Ümid edirik ki, Ermənistanda bizim siqnallarımız eşidiləcək və qəbul olunacaq-

Sonrakı məqalə

Prezident BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib