Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Apollo astronavtının həyat yoldaşından qalmaqallı “yadplanetli” etirafları

Orkhan Ali 21 Mart 2025 - 20:12 (Last updated: 21 May 2025 - 20:15)
1742548250_3cece3756a383cd4beadcd8d664aa671_2

Apollo missiyası çərçivəsində Aya gedən və orada gəzən ilk astronavtlardan biri olan Edqar Mitçellin həyat yoldaşı uzun illər gizli saxlanılan “yadplanetli həqiqətlərini” açıqlayıb.

AzPost Qaynarinfo-ya istinadən xəbər verir ki, NASA astronavtı Edqar Mitçellin həyat yoldaşı Anita Mitçell mərhum əri ilə bağlı qeyri-adi iddialar səsləndirib. 1971-ci ildə Aya ayaq basan altıncı insan olan Mitçellin daim naməlum uçan obyektlərin (UNO) mövcudluğuna inandığını deyən Anita Mitçell bildirib: “Pilotlar və astronavtların bir çoxu göydə bir şeylər gördüyü üçün onun bu inancı həmişə var idi”.

O, Apollo astronavtı Ceyms Makdivitt də daxil olmaqla, bir neçə ekipaj üzvünün Amerikanın ilk kosmik missiyaları zamanı sirli obyektlər gördüyünü bildirdiyini iddia edir. Hətta bəzi astronavtların, Yerdə adi təyyarələrlə uçarkən belə naməlum uçan cisimlər müşahidə etdiklərini bildirib.

Anita Mitçell bu barədə daha əvvəl NASA-nın Merkuri Proqramında iştirak etmiş astronavt Leroy Qordon Kuperin də açıqlamalar verdiyini xatırladıb:

“Qordinin (Leroy Qordon Kuper) evimizdə təşkil edilən bir şam yeməyində bizə bir şey gördüyünü söylədiyini xatırlayıram. O, bizim bu qədər sürətli və bu qədər yüksəyə qalxan heç nəyimizin olmadığını demişdi”.

Qeyd edək ki, Kuper NASA-nın Merkuri və Ceminay layihələrində iştirak etmiş və minlərlə saatını reaktiv təyyarələrdə keçirmiş ilk pilotlardan biri olub.

Keçmiş ABŞ Hərbi Dəniz Qüvvələri kapitanı olan Edqar Mitçell 1971-ci ildə Aya uçan Apollo 14 ekipajının üzvü olub. O, Aya ayaq basan cəmi 12 NASA astronavtından biri kimi tarixə düşüb.

Bununla belə, Anita Mitçellin bu açıqlamalarının nə dərəcədə həqiqət, nə dərəcədə “sensasiya” məqsədilə edildiyini dəqiq bilmək mümkün deyil.

Post navigation

Previous: BP TANAP qaz kəmərindəki payını satır –
Next: Bu yaşda ana olan qadınların 90 yaşına qədər yaşama ehtimalı daha yüksəkdir (ARAŞDIRMA)

Oxşar xəbərlər

pasinyan01
  • Dünya

“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan

User 21 Noyabr 2026 - 15:08
putin kustirtisa01
  • Dünya

Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin”

User 21 Noyabr 2026 - 13:34
melani tramp
  • Dünya

“Milad bayramına qədər Ukrayna və Rusiya arasında atəşkəs əldə oluna bilər”

User 21 Noyabr 2026 - 12:31

xƏBƏR

kulek
  • Sosial

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

User 21 Noyabr 2026 - 16:58
Noyabrın 22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya...
Read more about Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb su polisi
  • Sosial

Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb

User 21 Noyabr 2026 - 15:16
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib ilham xanim vyetnam
  • Siyasət

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

User 21 Noyabr 2026 - 15:10
“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan pasinyan01
  • Dünya

“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan

User 21 Noyabr 2026 - 15:08
Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin” putin kustirtisa01
  • Dünya

Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin”

User 21 Noyabr 2026 - 13:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.