Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

AQTA heyvandarlıq sahəsində fəaliyyət göstərən fermerlərə və sahibkarlara çağırış edib

User 09 Sentyabr 2026 - 16:14
aqta

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi, heyvan mənşəli məhsulların izlənilmə sisteminin qurulması, əhalinin sağlam, təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması istiqamətində nəzarət və tənzimləmə tədbirlərini genişləndirir.

Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində mövcud olan bütün heyvanların identifikasiya olunması qida zəncirində şəffaflığın, heyvan xəstəliklərinə qarşı effektiv mübarizənin və məhsulların izlənilməsinin təmin edilməsi üçün mütləq şərtdir. Fermerlər və heyvandarlıqla məşğul olan sahibkarlar bu prosesdə maksimum məsuliyyətli olmalıdırlar. Heyvanların identifikasiyası epizootik sabitliyin qorunmasına, xəstəliklərin vaxtında qarşısının alınmasına və istehlaka təqdim olunan heyvan mənşəli məhsulların və xammalın mənşəyinin məlum olmasına zəmanət verir.

Bununla yanaşı, heyvanların kəsimi yalnız qanunvericiliyin tələblərinə cavab verən, müvafiq sanitar-gigiyenik şəraitə, soyutma sistemlərinə və baytarlıq nəzarətinə malik heyvan kəsimi məntəqələrində həyata keçirilməlidir. Küçələrdə, yol kənarlarında, antisanitar və müvafiq icazəsi olmayan yerlərdə heyvan kəsimi qətiyyən yolverilməzdir.

Eyni zamanda, heyvan kəsimi məntəqələri olmayan regionlarda yeni, baytarlıq nəzarətində olan kəsim məntəqələrinin qurulması mühüm prioritet hesab edilir. Bununla əlaqədar, agentlik yerli icra nümayəndələrini və sahibkarları sıx əməkdaşlığa çağırır. Regionlarda sahibkarlar tərəfindən yeni, müasir kəsim məntəqələrinin formalaşdırılması, yerli icra orqanlarının isə bu prosesə zəruri təşkilati və infrastruktur dəstəyini göstərməsi bölgələrdə qanunsuz kəsim hallarının qarşısını alacaq.

AQTA qida zəncirində iştirak edən bütün tərəfləri qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə, məsuliyyət nümayiş etdirməyə və bu istiqamətdə həyata keçirilən islahatlara dəstək verməyə çağırır.

AzPost.az

Post navigation

Previous: Xalq artisti Aleksandr Şarovski dəfn edildi
Next: Gömrükçülər külli midarda metamfetamin aşkarlayıblar

Oxşar xəbərlər

musa02
  • Mədəniyyət

Kitab Sərgisində Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu

User 23 Oktyabr 2026 - 13:11
herrac sotb
  • Mədəniyyət

Pikassonun 4 rəsm əsəri hərraca çıxarılır: Ən bahalısı 20 milyon dollara

User 22 Oktyabr 2026 - 17:25
44 filmi teqdimat
  • Mədəniyyət

Bakıda “44” bədii filminin premyerası olub

User 13 Oktyabr 2026 - 10:00

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.