Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

Xalq artisti Aleksandr Şarovski dəfn edildi

User 09 Sentyabr 2026 - 16:13 (Last updated: 09 Sentyabr 2026 - 16:13)
aleksandr sarovski vida

Görkəmli teatr xadimi, rejissor, Xalq artisti Aleksandr Şarovski ilə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında vida mərasimi keçirilib.

Mərasimdə mədəniyyət naziri Adil Kərimli, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Mərhumun cənazəsi teatrın matəmsayağı bəzədilmiş səhnəsində postament üzərinə qoyulub. Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, eləcə də dövlət və hökumət qurumları adından əklillər düzülüb.

Aleksandr Şarovskinin həmkarları, dostları, tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətinin pərəstişkarları teatrın binasına gələrək, görkəmli sənətkara son borclarını yerinə yetiriblər.

Vida mərasimində əvvəlcə Aleksandr Şarovskinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Mədəniyyət Nazirliyinin kollektivi adından mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.

Nazir Aleksandr Şarovskinin ömrünün 60 ilə yaxın dövrünü teatr sənətinə həsr etdiyini bildirib: “Aleksandr Şarovski teatrla nəfəs alır, teatrla yaşayırdı. Əlli ildən artıq çalışdığı Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının inkişafında onun müstəsna xidmətləri olub. Görkəmli sənətkar və ictimai xadim kimi fəaliyyəti hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində saxlanılıb”.

Adil Kərimli vurğulayıb ki, Aleksandr Şarovski teatr və incəsənət sahəsindəki çoxşaxəli fəaliyyəti ilə yanaşı, Azərbaycanda qədim ənənələrə malik rus teatr məktəbinin inkişafına da mühüm töhfələr verib.

Vida mərasimində çıxış edən Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov Aleksandr Şarovskinin zəngin və çoxşaxəli yaradıcılıq yolundan danışıb. Qeyd edib ki, görkəmli sənətkar Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Azərbaycan, rus və dünya dramaturgiyasının nümunələri əsasında hazırlanan tamaşalarda 50-dən çox yaddaqalan obraz yaradıb. Hüseyn Cavidin “Şeyx Sənan” əsərində Şeyx Sənanı, Səməd Vurğunun “Fərhad və Şirin” pyesində isə Fərhadı canlandırıb. Rejissor kimi də məhsuldar fəaliyyət göstərən Aleksandr Şarovski 50-dən artıq tamaşaya səhnə həyatı verib.

“Aleksandr Şarovski yaradıcılıq fəaliyyəti boyunca yüksək mükafatlara layiq görülüb, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib. Onun ən gözəl xüsusiyyətlərindən biri xalqlar arasında dostluğun möhkəmləndirilməsinə xidmət etməsi idi. Böyük sənətkarın yaratdığı obrazlar, quruluş verdiyi tamaşalar və əziz xatirəsi daim qəlbimizdə yaşayacaq”, – deyə Hacı İsmayılov vurğulayıb.

Daha sonra çıxış edən mərhumun həyat yoldaşı Nataliya Şarovskaya Aleksandr Şarovskinin Azərbaycanı ürəkdən sevdiyini bildirib. O, Azərbaycan Respublikasının Prezidentinə, Heydər Əliyev Fonduna, teatr rəhbərliyinə, eləcə də vida mərasiminin təşkilində yaxından iştirak edən hər kəsə dərin minnətdarlığını ifadə edib.

“Aleksandr Şarovski premyeraları, anşlaqları və bu səhnəni çox sevirdi. Tamaşaçıların aktyorlara gül təqdim etməsi ona xüsusi sevinc bəxş edirdi. Bu gün də səhnə güllərlə, onun gözəl portretləri ilə bəzədilib”, – deyə Nataliya Şarovskaya vurğulayıb.

Xalq artisti Aleksandr Şarovskinin cənazəsi teatrın binasından götürülərək İkinci Fəxri xiyabana aparılıb.

Burada mərhumun ruhuna dualar oxunub. Görkəmli sənətkarın cənazəsi torpağa tapşırılıb, Məzarı üzərinə əklillər, gül dəstələri düzülüb.

Qeyd edək ki, Aleksandr Şarovski sentyabrın 9-da 78 yaşında vəfat edib.

O, “Əməkdar artist” (1987) və “Xalq artisti” (1998) fəxri adlarına layiq görülüb, “Şöhrət” (2008) və “Şərəf” (2018) ordenləri, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” (2023) ilə təltif edilib. Aleksandr Şarovski 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

AzPost.az

Post navigation

Previous: Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
Next: AQTA heyvandarlıq sahəsində fəaliyyət göstərən fermerlərə və sahibkarlara çağırış edib

Oxşar xəbərlər

musa02
  • Mədəniyyət

Kitab Sərgisində Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu

User 23 Oktyabr 2026 - 13:11
herrac sotb
  • Mədəniyyət

Pikassonun 4 rəsm əsəri hərraca çıxarılır: Ən bahalısı 20 milyon dollara

User 22 Oktyabr 2026 - 17:25
44 filmi teqdimat
  • Mədəniyyət

Bakıda “44” bədii filminin premyerası olub

User 13 Oktyabr 2026 - 10:00

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.