“Araikin və digər separatçıların məsuliyyətə cəlb olunmasına nail olacağıq”-

Baş Prokuror
26 Fevral 2021 - 19:07

“Özünü qondarma respublikanın rəhbəri elan etmiş şəxs və onunla birgə olan digər şəxslərə qarşı cinayət məcəlləsinin müvafiq maddələri ilə ittihamlar irəli sürülüb”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

O bildirib ki, həmin ittihamlar sübutlarla təsdiq olunub: “Gec-tez həmin şəxslərin məsuliyyətə cəlb edilməsinə nail olunacaq”.

Baş prokuror onu da qeyd edib ki, əvvəllər qanunsuz fəaliyyət göstərən qondarma “Dağlıq Qarabağ Respublikasının rəhbərləri” tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərə görə ümumilikdə 304 nəfər axtarışa verilib.

Axtarışda olanlardan 40 nəfəri Xocalı soqırımının iştirakçılarıdır.