Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Aralıq dənizində 7 min il yaşı olan quru yol tapılıb

User 18 May 2025 - 20:24 (Last updated: 21 May 2025 - 20:34)
yol sua latinda

Aralıq dənizində 7 min illik yol tapıldı. Üst-üstə yığılmış daşlardan hazırlanmış sualtı keçidin görüntüləri də yayımlanıb.

“The İndependent” nəşri xəbər verir ki, Xorvatiyanın Korçula adlanan adasının sahillərində yerləşən sualtı arxeoloji sahədə daş dövrünə aid yol aşkar edilib.

Tədqiqatçıların fikrincə, bu qədim yol bir vaxtlar quruda yerləşən, lakin indi Aralıq dənizinin qolu olan Adriatik dənizindən təxminən 4-5 metr aşağıda yerləşən yaşayış məntəqəsini birləşdirib. Arxeoloqlar ilk dəfə 2021-ci ildə Korçula ətrafındakı suların peyk şəkillərini araşdıraraq Soline adlanan bu arxeoloji ərazini müəyyən ediblər. Zadar Universitetinin arxeologiya departamentindən tədqiqatçı İqor Borziç və onun həmkarları bu yaxınlarda dəniz dibində qeyri-adi strukturlar aşkarlayıblar. Bundan sonra komanda daha yaxından baxmaq üçün Adriatik okeanına dalğıc ekspedisiyalarına başlayıb. Nəticədə Korçulanın qərb sahilindəki Qradina körfəzində 7 min illik yolun qalıqları aşkar edilib. Bu batmış yol daş dövründə həmin bölgədə yaşamış “Hvar xalqları” kimi tanınan itirilmiş dəniz mədəniyyətinə aid olub. Universitet üst-üstə yığılmış daşlardan hazırlanmış sualtı keçidin görüntülərini də dərc edib. Universitetdən verilən açıqlamada deyilir: “Korçula adasındakı batmış neolit Soline arxeoloji sahəsində sualtı araşdırmalar zamanı arxeoloqlar onları təəccübləndirən qalıqlar tapıblar”.

Dəniz palçıqlarının altında onlar Hvar mədəniyyətinin indi batmış tarixdən əvvəlki yaşayış məntəqəsini Korçula adasının sahilləri ilə birləşdirən yol aşkar ediblər. Təxminən 4 metr eni olan yol, Solinedə aşkar edilən 4 min 900 il yaşı olan digər tarixi əsərlərdən çox daha qədim olması ilə diqqət çəkir. Komanda suyun altında çaxmaq daşından bıçaqlar, daş baltalar və dəyirman daşı parçaları tapıldığını bildirir. Artefaktlar təxminən 7 min il əvvəl şimal-şərq Adriatik dənizinin adalarında və sahillərində məskunlaşan əsrarəngiz Hvar xalqlarına işıq salacaq.

AzPost.az

Post navigation

Previous: Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Next: Roma Papası taxta çıxdıqdan sonra ilk olaraq Zelenski ilə görüşüb

Oxşar xəbərlər

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43

xƏBƏR

tecili yardim
  • Sosial

Qardaşı tərəfindən bıçaqlanan hamilə qadın əməliyyat edilib

User 14 Noyabr 2026 - 10:16
Tovuzda qardaşı tərəfindən bıçaqlanan hamilə qadın əməliyyat edilib. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, qadının əməliyyatı...
Read more about Qardaşı tərəfindən bıçaqlanan hamilə qadın əməliyyat edilib
Bir gündə 15 min manatlıq gül alınıb – sabiq sədrin məhkəməsində nələr açıldı? etibar pirverdi
  • Sosial

Bir gündə 15 min manatlıq gül alınıb – sabiq sədrin məhkəməsində nələr açıldı?

User 14 Noyabr 2026 - 09:57
Paşinyan Ermənistanın 20 ildən sonra harada olacağını açıqladı paşinyan
  • Dünya

Paşinyan Ermənistanın 20 ildən sonra harada olacağını açıqladı

User 14 Noyabr 2026 - 09:49
Moskvanın yeni tələbi – NATO Cənubi Qafqazdan çəkilməlidir putin uitkoff kusner
  • Dünya

Moskvanın yeni tələbi – NATO Cənubi Qafqazdan çəkilməlidir

User 14 Noyabr 2026 - 09:43
100 il yaşamaq istəyən milyarderlər nələr edir? -15 min dollarlıq iynələr, süni intellekt və gen təcrübələri milyarder saqlam heyat
  • Maraqlı

100 il yaşamaq istəyən milyarderlər nələr edir? -15 min dollarlıq iynələr, süni intellekt və gen təcrübələri

User 14 Noyabr 2026 - 09:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.