““ARDIC” Hərəkatımız”  adlı kitab işıq üzü görüb

Yazıçı-publisist, siyasi elmlər üzrə fəlsəfə doktoru  Elşən Nəsibovun ““ARDIC” Hərəkatımız”  adlı yeni kitabı işıq üzü görüb.

Bu barədə Azpost.info-ya yazıçının özü məlumat verb.

Kitabda “ARDIC” Hərəkatının nəzəri konsepsiyası, o cümlədən Hərəkatın yaranması ideyası,  qrupun  ideologiyası, məqsəd və vəzifələri, fəaliyyətinin əsas istiqamətləri və prinsipləri öz əksini tapıb.

Kitabda Qərbi Azərbaycanın Qarakilsə rayonunun Ardıc (Arçut)  kəndindən vaxtilə qaçqın düşmüş və Azərbaycanda məskunlaşmış  sakinlərinin  Qarabağa köçməsi və bölgədə eyni adlı kənd salmaq barədə   ölkə başçısı cənab İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya və digər səlahiyyətli qurumlara   müraciətləri əks olunub.

Kitabda həmçinin Hərəkatın bir qurum kimi qəbul etdiyi qərarlar, bu baxımdan, bəyanatlar,  aktlar da yer alır. Müvafiq təşkilatlarla yazışmaların  mətnləri də kitabda qeyd olunur.

Kitab ictimaiyyət, mədəniyyət və elm nümayəndələri üçün maraq kəsb edə bilər. Eləcə də ictimai birliklərin,  təşkilatların maariflənməsində önəmli rol oynaya  bilər.

Əvvəlki məqalə

Güclü külək əsəcək, yağış yağacaq – XƏBƏRDARLIQ

Sonrakı məqalə

Mehriban Əliyevanın göstərişi ilə klubdakı partlayışla bağlı müşavirə keçirildi