Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Argentina Britaniyaya ultimatum verdi

User 29 Sentyabr 2026 - 14:05 (Last updated: 29 Sentyabr 2026 - 14:02)
folklend

Argentina Böyük Britaniyaya Folklend (Malvin) adaları yaxınlığında neft hasilatına yol verilməməsi ilə bağlı iki həftəlik ultimatum verib.

Bu barədə sentyabrın 29-da Argentina Prezidenti Xavyer Mileyin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

“Argentina Respublikası Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından Argentina kontinental şelfində karbohidrogen ehtiyatlarının işlənməsinə yönəlmiş fəaliyyətin başlanmasının və ya davam etdirilməsinin qarşısını almaq üçün zəruri tədbirləri iki həftə ərzində görməyi rəsmi şəkildə tələb edib”, – məlumatda qeyd olunub.

Argentina hakimiyyəti Britaniyanın bu tələbi yerinə yetirməyəcəyi təqdirdə məsələ ilə bağlı Dəniz Hüququ üzrə Beynəlxalq Tribunala müraciət etmək niyyətindədir.

Argentina Prezidentinin mətbuat xidmətinin açıqlamasında vurğulanıb ki, Folklend adalarının Britaniyanın dənizaşırı ərazisi statusunda olması Argentina tərəfindən tanınmır.

Buenos-Ayres bildirir ki, bu məsələdə passiv mövqe tutmayacaq və özünün suveren hüquqlarını müdafiə etməkdə davam edəcək.

Argentina tərəfi bunu milli və beynəlxalq hüquqla tanınan diplomatik, inzibati və hüquqi vasitələrdən istifadə etməklə həyata keçirəcəyini açıqlayıb.

Folklend adaları Argentina tərəfindən “Malvin adaları” adlandırılır. Adaların hansı ölkəyə məxsus olması uzun illərdir Argentina ilə Böyük Britaniya arasında mübahisənin əsas mövzularından biridir.

AzPost.az

Post navigation

Previous: Lavrov və Moskva meri deputat mandatından imtina ediblər
Next: İran neft sata bilməsə regionda heç bir ölkə neft sata bilməyəcək –

Oxşar xəbərlər

tramp tiktok
  • Dünya

Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı

User 13 Noyabr 2026 - 23:53
vens
  • Dünya

Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

User 13 Noyabr 2026 - 19:57
putin
  • Dünya

Putinin Ukraynanı məğlub etmək üçün 4 planı var – ikisi artıq iflasa uğrayıb

User 13 Noyabr 2026 - 19:23

xƏBƏR

tramp tiktok
  • Dünya

Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı

User 13 Noyabr 2026 - 23:53
ABŞ Prezidenti Donald Tramp xarici bayraq altında üzən gəmilərin Amerika limanları arasında neft, yanacaq və gübrə daşımasına...
Read more about Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı
“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir top misli
  • Sosial

“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir

User 13 Noyabr 2026 - 23:12
Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı sukut
  • Maraqlı

Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı

User 13 Noyabr 2026 - 21:15
50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ e08
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52
Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina vens
  • Dünya

Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

User 13 Noyabr 2026 - 19:57
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.