Arif Quliyev “Qurd qapısı” qəbiristanlığında dəfn edilib

07 May 2021 - 13:30

Bu gücə vəfat edən Xalq artisti Arif Quliyev dəfn olunub. Trend-in məlumatına görə, mərhum “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

**

Müalicə olunduğu xəstəxanada vəfat edən Azərbaycanın Xalq artisti Arif Quliyevin nəşi ailəsinə təhvil verilib.

Mərhumun cənazəsi yaşadığı evə gətirilib.
Hazırda evin həyətində A.Quliyevlə vida mərasimi keçirilir.
Mərasimdə mərhumun ailə üzvləri, sənət yoldaşları iştirak edirlər.
Qeyd edək ki, Xalq artisti koronavirusa yoluxmuşdu. Onun ağ ciyərinin 90 faizi zədələndiyi üçün bir neçə gün idi süni tənəffüs aparatına qoşulmuşdu. (Bakupost)