“Arsenal”, “Qranada” və “Roma” dörddəbir final mərhələsinə vəsiqə qazanıb –

Avropa Liqası
19 Mart 2021 - 00:34

Martın 18-də UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin cavab görüşlərinə start verilib.

Gün ərzində dörd oyun saat 21:55-də başlayıb. Digər görüşlər isə 00:00-da baş tutacaq.

London təmsilçisi “Arsenal” Yunanıstanda 3:1 hesabı ilə məğlub etdiyi “Olimpiakos”u qəbul edib. Görüş yunanların 1:0 hesablı qələbəsi ilə başa çatsa da, səfərdə daha böyük hesabla qalib gəldiyinə görə meydan sahibləri növbəti mərhələyə vəsiqə qazanıblar.

Digər görüş Xorvatiyada “Dinamo Zaqreb” və İngiltərənin “Tottenhem” klubları arasında baş tutub.

Bu oyunda London təmsilçisi rəqibinə 2:0 hesabı ilə məğlub olub. İlk görüş də eyni hesabla başa çatdığına görə hazırda qalibi müəyyən etmək üçün əlavə vaxt oynanılır.

“Molde” (Norveç) öz meydanında “Qranada” (İspaniya) klubuna 2:1 hesabı ilə qalib gəlib. Bu, norveçlilərin dörddəbir finala vəsiqə qaznamalarına kifayət etməyib. Belə ki, bir həftə əvvəl “Molde” səfərdə rəqibinə 0:2 hesabı ilə məğlub olmuşdu.

“Şaxtyor Donetsk” (Ukrayna) klubu səfərdə 3:0 hesabı ilə məğlub olduğu “Roma” (İtaliya) qarşısında yenidən aciz qalıb – 1:2.

Beləliklə, “Arsenal”, “Qranada” və “Roma” UEFA Avropa Liqasının dörddəbir final mərhələsinə vəsiqə qazanıb.