Türkiyənin Kilis vilayəti Suriyadan raket atəşinə tutulub

Suriyanın YPG/PKK terror təşkilatının işğalı altında olan Tel Rıfat bölgəsindən Türkiyə ərazisinə iki raket atılıb.

Raketlər Türkiyənin Kilis vilayətinin Eski Beşevler məhəlləsində boş əraziyə düşüb.

Raketlərin zərərsizləşdirilməsi üçün bölgəyə mütəxəssislər və çox sayda polis əməkdaşı cəlb olunub.

Bölgəyə gələn şəhər rəhbərliyi və Türkiyənin Milli Müdafiə Nazirliyinin əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Nazirlikdən bununla bağlı verilən açıqlamada hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Arsenal”, “Qranada” və “Roma” dörddəbir final mərhələsinə vəsiqə qazanıb –

Sonrakı məqalə

Bakıda qardaş qardaşını qətlə yetirib