Arvadını döyərək öldürən sabiq nazir məhkəmə qarşısına çıxacaq- FOTO

Qazaxıstanın keçmiş iqtisadiyyat naziri Kuandıq Bişimbayev həyat yoldaşının qətlinə görə halim  qarşısına çıxacaq.

Azpost.info xəbər verir ki, bu barədə vəkil Janna Muxamadi bildirib.

İş üzrə aparılan ekspertizalarla tanış olduğunu deyən vəkil təcrübəsində belə soyuqqanlılıqla törədilən qətllə rastlaşmadığını qeyd edib.

“İş üzrə aparılan bütün ekspertizalarla tanış olduq. Mən heç vaxt belə qəddarlıq və soyuqqanlılıq görməmişdim. İş prokurorluğa göndəriləcək. Şübhəlinin qardaşı da nəzarətə götürülüb. O, cinayət barədə xəbər verməməkdə ittiham oluna bilər”, – vəkil deyib.

Keçmiş iqtisadiyyat naziri arvadını hədsiz amansızlıqla qətlə yetirməkdə ittiham olunur. İstintaqın məlumatına görə, o, Astanada restoranların birində həyat yoldaşını döyüb. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.