“ASAN xidmət” martın 20-dən 28-nə qədər işləməyəcək –

AÇIQLAMA
19 Mart 2021 - 15:24

20-28 mart tarixində Novruz bayramı ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

“ASAN xidmət”dən verilən məlumata görə, 29 mart tarixindən etibarən isə mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlanmaq mümkündür.