“”ASAN Xidmət” mərkəzləri gün ərzində 1000 nəfər vətəndaşı qəbul edəcək –Aprelin 27-dən (AÇIQLAMA)

“Karantin dövründə müxtəlif xidmətlər üzrə eyni vaxtda “ASAN xidmət” mərkəzində 100 vətəndaşın qəbulu nəzərdə tutulur”.

Bunu karantin dövründə “ASAN xidmət” mərkəzlərinin fəaliyyət qaydaları ilə bağlı mətbuat konfransıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, “ASAN Xidmət” mərkəzlərində gün ərzində ümumilikdə 1000 nəfərə yaxın insan qəbul olunacaq: “Karantin dövründə “ASAN xidmət” mərkəzlərində vətəndaş qəbulu 2 minə endirilib. Əvvəlki dövrdə isə bu say 30 min idi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məşhur futbol şərhçisi Çingiz İsmayılov 85 yaşını qeyd edib:

Sonrakı məqalə

ƏƏSMN-nin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi yaradılır