Məşhur futbol şərhçisi Çingiz İsmayılov 85 yaşını qeyd edib:"Mənə görüşmək üçün əl verəndə ayağımı uzadıram”

“85 illik ömrümün bir hissəsini elə karantində keçirmişəm. Futbol oynayanda təlim-məşq toplanışına gedirdik. Orda qaldığımız bazadan kənara buraxmırdılar. Ondan sonra “Neftçi”də komanda rəisi işləyəndə də həmin anları yaşamışam. 

Ümumiyyətlə, mən 4-5 km piyada gəzməyi xoşlayan adamam. Gəzməyəndə də özümü pis hiss edirəm. Kim sevirsə idmanı, idman sağaldır canı. Amma evdən bayıra çıxmamaq dövlətin qoyduğu tələbdir və buna riayət etməliyik”.

Bunu AFFA-nın sabiq baş katibi, “Neftçi” klubunun keçmiş qapıçısı, əfsanəvi idman şərhçisi, səsinin minlərlə futbol azarkeşi üçün doğma olduğu Çingiz İsmayılov Oxu.az-a açıqlamasında deyib. Bu ay 85 yaşını tamamlamış Ç.İsmayılov, çətin olsa da, karantin qaydalarına riayət etməyə çalışdığını bildirib: “Açığı, maska taxmağı xoşlamıram. Amma bu hər dövlətdə var. 300-400 metr uzağa dükana gedirəm. Əlimdə əlcək, gözümdə eynək, başımda da papaq. Heç yaxınlaşıb soruşan da yoxdur ki, neçə yaşın var. Amma bu lazımdır. Prezidentimizin bu addımı dünyaya nümunə ola bilər. Ona görə də, bizdə xəstələrin və ölümlərin sayı azdır. Çünki vaxtında ölçü götürüldü. Amma təəssüflər olsun ki, qaydalara riayət edən yoxdur”.

Çingiz İsmayılov zarafatından da qalmayıb: “Mən xoşlamıram ki, dost-tanışla görüşəndə öpüşüm. İndi mənə görüşmək üçün əl verəndə də ayağımı uzadıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirusa yoluxma hansı rayonda çoxdur, harda yoxdur? –

Sonrakı məqalə

“”ASAN Xidmət” mərkəzləri gün ərzində 1000 nəfər vətəndaşı qəbul edəcək –