Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Asılılıq yaradan vərdişlərə qarşı mübarizə ilə layihənin icrasına başlanır

User 18 İyun 2024 - 18:15 (Last updated: 21 May 2025 - 20:15)
narko

Demokratiya və İnsan Hüquqları Komitəsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Tütünçəkmə, alkoqolizm və narkomaniyaya qarşı mübarizə” adlı layihənin icrasına başlayır.

4 ay müddətində Lənkəran, Masallı, Yardımlı, Biləsuvar, Şamaxı və Bakı şəhərlərində həyata keçiriləcək layihənin məqsədi tütünçəkmə, alkoqolizm və narkotik vasitələrin orqanizmə tibbi təsirləri, tütün, alkoqol və narkotik asılılığı və onlara qarşı mübarizənin aparılması yolları haqda maarifləndirmədir .

Layihə çərçivəsində qeyd olunan şəhərlərdə 6 tədbir hazırlanıb həyata keçiriləcək. Tədbirlərdə ümumilikdə 120 (6 qrup x 20 nəfər) nəfər iştirak edəcək.

Tədbirdə RİH-nin, rayon gənclər mərkəzinin, məktəb valideyn komitələrinin, bələdiyyə, QHT, KİV nümayəndələrinin, yeniyetmə və gənclərin iştirakı təmin ediləcək. Tədbiri layihə təlimçi həkim- narkoloq və digər təlimçi aparacaq.

Tədbirlər maarifləndirmə, müzakirələr və kiçik qruplarda işdən ibarət olacaq. Həkim-narkoloq tütünçəkmənin, alkoqolizmin və narkomaniyanın tibbi fəsadları haqda iştirakçılara məlumat verəcək.

Tədbirlərdə tütün və akkoloqlla bağlı aşağıdakı mövzularda müzakirələr aparılacaq;

-Tütünçəkmə və onun əsas mahiyyəti,

-Tütünçəkmə səbəbindən yarana bilən xəstəliklər, Tütünçəkmədən imtina etməyin xeyri.

-Alkoqolizm haqda ümumi məlumat

-Alkol sərxoşluğu və törətdiyi fəsadlar

-Alkoqolozmin törətdiyi fizioloji, orqanik və sosial fəsadlar.

-Alkoqolizmin proqredientliyi, inkişafı və mərhələləri.

-Qadınlarda və yeniyetmələrdə alkoqolizmin xüsusiyyətləri.

-Alkoqolizmin müalicəsi (Farmakoloji və psixoterapiya).

Narkomaniya ilə bağlı mövzular;

1.Əsas anlayışlarin izahi

2.Narkomaniyanın tarixi

3.İnsanlar narkomaniya adlanan tora necə düşürlər?

4.Narkotiklərdən asıllıqın yaranma səbəbləri

5.Narkomaniyanin törətdiyi fəsadlar

6.Narkotik istifadə zamanı iynədən yoluxa bilinəcək xəstəliklər

7.Narkomnaiya ilə necə mübarizə aparılmalı

8.Narkomaniyadan əziyyət çəkənlərin xilası.

9.Narkotik vasitələrin prekursorlarının və analoqlarının apteklərdə bəzi vaxt reseptsiz satılması.

Təlimçi slayd vasitəsi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununu” təqdimat edəcəkdir

Müzakirələr üçün şərait yaradılacaq, suallara cavab veriləcək, çıxış yollarının tapılmasına təşəbbüs ediləcək.

4 kiçik qrupa hər birinə 3 sual veriləcək. Qrup birlikdə işləyəcək və təqdimat edəcklər.

Tə.kilat layihənin icrasından aşağıdakı nəticələri gözləyir;

-120 nəfər iştirakçı tütünçəkmənin (tütün,siqaret, qəlyan), alkoqolizmin və narkomaniyanın tibbi cəhətdən fəsadları haqda məlumatlanacaq;

-120 nəfər iştirakçı narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin qanunvericilikdə necə nizamlanması ilə bağlı qanunla məlumatlanacaqlar.

-Yeniyetmə və gənclərlə işləyən qurumların nümayəndələri və icra strukturunun müvafiq şöbələrinin səlahiyyətli nümayəndələri ilə birlikdə tütnçəkməyə, alkoqolizmə və narkomaniyaya qarşı mübarizədə birlikdə müzakirələr aparacaq və çıxış yollarını tapmağa çalışacaqlar. Onlar arasında gələcək əməkdaşlığ üçün imkan yaranacaq.

-İştirakçılar narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı qanunun təsbit etdiyi cəzalarla tanış olaraq bu cinayətlərdən çəkinməyə çalışacaqlar.

– İştirakçılar tədbirdə öyrədikləri məlumatları ətraflarında olan insanlarla bölüşərək ,problemin ictimailəşdirmiş olacaqlar.

Post navigation

Previous: Saatlı sakini Araz çayında boğulub
Next: Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib

Oxşar xəbərlər

kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 29 Oktyabr 2026 - 14:03
mektebli
  • Sosial

Məktəbdə jurnalistləri döyən şagird boksçu imiş

User 29 Oktyabr 2026 - 13:26

xƏBƏR

menzil
  • Baş Yazı

Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?

User 29 Oktyabr 2026 - 15:43
Bakıda mənzil almaq getdikcə daha çox ailə üçün ciddi maliyyə probleminə çevrilir. Söhbət təkcə evlərin qiymətindən getmir:...
Read more about Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?
Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
İpoteka Fondunda ekspertlərlə görüş keçirilib kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42
Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı pasinyan hokm
  • Dünya

Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı

User 29 Oktyabr 2026 - 14:35
Türkiyədə Nuhun gəmisi ilə bağlı yeni tapıntı – 9 metr dərinlikdən taxta parçaları çıxarıldı nuh aqridaq01
  • Maraqlı

Türkiyədə Nuhun gəmisi ilə bağlı yeni tapıntı – 9 metr dərinlikdən taxta parçaları çıxarıldı

User 29 Oktyabr 2026 - 14:25
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.