Saatlı sakini Araz çayında boğulub

Saatlı rayon sakini Araz çayında çimərkən boğularaq ölüb.

Hadisə ötən gün Araz çayının Saatlı rayonu, Seyidlər kəndi ərazisindən keçən hissəsində baş verib. Həmin kəndin sakini 19 yaşlı Həsənov Amin Seymur oğlu Araz çayında çimərkən batıb. Axtarışlar zamanı onun cəsədi batdığı yerin yaxınlığında aşkar edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.