“Aslan İsmayılovu ağsaqqal kimi qəbul edirəm, daha fikir ayrılığımız yoxdur”-Fuad Muradov

“Əziz və Hörmətli ictimaiyyət nümayəndələri! Son bir neçə gündə mənim Aslan İsmayılovla bağlı problemlərim varmış kimi təqdim edən bəzi anti dövlət təbliğatçıları propaqanda aparır.”

Bunu “Milli Fədailər Hərəkatı”nın qurucusu Fuad Muradov “facebook” hesabında yazıb:

“Əslində olan isə tamamilə fərqlidir. Aslan İsmayılov ilk növbədə yerlimdir, həmçinin ağsaqqal və ziyalı şəxsdir. Əvəllər Aslan İsmayılovla aramızda siyasi fikir ayrılığı olsa da hal-hazırda bu fikir ayrılığı yoxdur. İllər öncə Aslan İsmayılov barədə münaqişələrlə bağlı sosial şəbəkələrdə paylaşım etmişəm və mən Aslan İsmayılovla aramızda şəxsi zəmində olan mübahisəni sosial müstəviyə keçirmişdim. Aslan İsmayılovla aramızda olan mübahisəni həll etmişik və heç bir sıxıntı yoxdur. Aslan İsmayılovu ziyalı hüquqşünas və ağsaqqal kimi qəbul edirəm və onunla münasibətlərimiz normaldır. Aslan İsmayılov barəsində yazdığım xoşagəlməz ifadələrlə bağlı səhv olduğunu başa düşürəm. Aramızda heç bir kin və qərəzli münasibət qalmamışdır. Bütün məsələlərə qanun çərçivəsində aydınlıq gətirmişik. Qarşılıqlı olaraq bir-birimizə hörmətlə yanaşmışıq. Bundan sonra böyüklük Aslan İsmayılovda qalsın”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib

Sonrakı məqalə

İndiyədək 35 mindən çox ipoteka krediti verilib