AŞPA Bakı və İrəvanı sülhə çağıran hesabat qəbul edib

Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi, irlandiyalı deputat Paul Qavanın hazırladığı hesabat bu gün AŞPA-nın payız sessiyasında qəbul edilib.

Hesabatda ölənlər, itkin düşənlər və yaralılar, hərbi əsirlər, əsir olduğu iddia edilənlər, mina və partlamamış hərbi sursatlar, köçkünlər, mədəni irs və s. mövzular yer alıb.

Hesabatda həmçinin, qısa və uzun müddətli humanitar nəticələr əldə etmək və Ermənistanla Azərbaycan arasında sülh, barışıq prosesinə doğru addım atmaq üçün tövsiyələr də irəli sürülüb.

Hesabatda Avropa Şurası da daxil olmaqla, beynəlxalq ictimaiyyət hər iki ölkəyə kömək etməyə təşviq edilib.

Müzakirə zamanı avstriyalı deputat Stefan Şennak Ermənistanı mina xəritələrini Azərbaycana verməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vətən müharibəsində iştirak edən 44 qaziyə avtomobillər verildi –

Sonrakı məqalə

Mədəniyyət Nazirliyi Teymur Mirzəyevin vəfatı ilə bağlı nekroloq yayıb