Mədəniyyət Nazirliyi Teymur Mirzəyevin vəfatı ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi Xalq Artisti Teymur Mirzəyevin vəfatı ilə bağlı nekroloq yayıb.

Apa-nın məlumatına görə, nekroloqda deyilir:

“Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verib.
Məşhur “Qaya” vokal kvartetin yaradıcısı, bədii rəhbəri və solisti Teymur Mirzəyev 26 sentyabr 2021-ci il tarixində İsraildə dünyasını dəyişib.

Teymur İbrahim oğlu Mirzəyev 1936-cı ildə Ağdamda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirib. Asəf Zeynallı adına Musiqi məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı illərdə tələbə yoldaşları Rauf Babayev, Arif Hacıyev, Lev Yelisavetski ilə birlikdə “Qaya” vokal kvartetini yaradıb. Azərbaycan caz və estrada mədəniyyətinin əfsanəvi heyəti olan “Qaya” kvarteti 1961-ci ildən 1988-ci ilədək fəaliyyət göstərib. Kvartet 1964-cü ildə Moskvada keçirilən Ümumdünya estrada müsabiqəsinin I mükafatı laureatı adına layiq görülüb.

Teymur Mirzəyev 1993-cü ildə Xalq artisti adına layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AŞPA Bakı və İrəvanı sülhə çağıran hesabat qəbul edib

Sonrakı məqalə

“YouTube” seçki nəticələrinə şübhə yaradan videoları qadağan edib