AŞPA-da Aleksey Navalnının azad edilməsi ilə bağlı qətnamə qəbul olunub.
AŞPA-nın yaz sessiyası zamanı İnsan Hüquqları Komitəsinin məruzəçisi Jacques Maire tərəfindən hazırlanan qətnamə qəbul edilib.
Qətnamədə bildirilib ki, Navalnının səhhəti qeyri-insani rəftar və cəzalandırmaya görə həbsdə əhəmiyyətli dərəcədə pisləşib və komitə bundan narahatlıq keçirir. Qeyd edilib ki, onun həbs şəraitinin digər aspektləri Avropa İnsan Haqları Konvensiyası çərçivəsində başqa problemlər də yaradır və Navalnının bu məsələlərlə bağlı şikayətləri böyük ölçüdə cavabsız qalıb.
Qətnamədə assambleyaya üzv olan ölkələr Rusiyanı Navalnının sərbəst buraxılması və ona bütün lazımi tibbi yardım göstərilməsi və hüquqlarına tam hörmət göstərilməsi üçün işbirliyinə çağırıb. Qətnamədə işgəncə və insani və ya ləyaqəti alçaldan rəftarın və cəzanın qarşısını alma komitəsi Navalnının həbs edildiyi yerə getməyə dəvət edilib.
Rusiya nümayəndə heyəti Assambleyanın qərarını izləmək üçün işbirliyinə çağırılıb.
Həmçinin bildirilib ki, məhkəmə qərarının icrasını təmin etmək üçün Nazirlər Komitəsi sərəncamında olan bütün vasitələrdən istifadə etməlidir.