AŞPA Navalnının qətlində Putini təqsirli bilib

AŞPA Rusiya prezidenti Vladimir Putini həbsxanada ölən rusiyalı müxalifət lideri Aleksey Navalnının qətlində təqsirli bilib.

Azpost.info xəbər verir ki, bu barədə AŞPA-nın saytında dərc olunmuş qətnamədə bildirilir.

Qətnamə müəllifləri müxalifətçinin ölümünün beynəlxalq komissiyanın iştirakı ilə araşdırılmasına çağırıb.

“Son iki onillikdə Rusiyada Vladimir Putinin “dəmir əlinə” qarşı çıxan insanlar adətən Rusiya xüsusi xidmət orqanlarının və ya onların göstərişi ilə hərəkət edən şəxslərin iştirakı ilə öldürülüb”, – AŞPA bildirib.

Azpost.info

Əvvəlki məqalə

Qubad İbadoğlunun istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Sonrakı məqalə

İranlı narkotacirin sifarişlərini daşıyan narkokuryer həbs olunub