“Atəşi dayandırmağa və dialoqu bərpa etməyə çağırırıq” –

Yaponiya Qarabağla bağlı bəyanat verdi
28 Sentyabr 2020 - 17:29

“Yaponiya Dağlıq Qarabağdakı təmas xəttində başlanan hərbi toqquşmadan ciddi şəkildə narahatdır”.

Azpost.info bildirir ki, bu sözləri Yaponiya XİN-in yaydığı bəyanatda bəyan edib.

Yaponiya münaqişə tərəflərini atəşi dayandırmağa və dialoqu bərpa etməyə çağırıb. “Biz tərəfləri dərhal atəşi dayandırmağa və dialoqu bərpa etməyə çağırırıq”-deyə XİN-in bəyanatında deyilir.

Sənəddə deyilir ki, Ermənistan və Azərbyacan arasında münaqişənin həlli region və dünya üçün çox mühümdür”.