ATƏT/DTHİB koronavirusla əlaqədar seçki müşahidə missiyasının fəaliyyətini məhdudlaşdırır

17 Mart 2020 - 14:52

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüqüqları üzrə Bürosunun (DTİHB) seçki müşahidə missiyasının fəaliyyəti bəzi yerlərdə müvəqqəti olaraq məhdudlaşdırılır.

APA-nın xəbərinə görə, bu barədə ATƏT-in saytında məlumat verilib.

Məlumtda qeyd olunub ki, ATƏT regionu ölkələrində sağlamlıq riskinin artmasına cavab olaraq sərhədlər bağlanır və səyahətlər məhdudlaşırılır.

ATƏT/DTHİB seçkilərin müşahidəsi ilə bağlı təxirə salınmaların aprelin 12-də Şimali Makedoniyada keçiriləcək erkən parlament seçkilərinə, aprelin 26-da Serbiyada keçiriləcək parlament seçkilərinə aid ediləcəyini bildirib.

“DTİHB hazırda seçki müşahidə fəaliyyətinin məhdudlaşdırılmasının zəruriliyini təəssüf hissi ilə qeyd edir, lakin həmişə olduğu kimi,  əməkdaşlarımızın təhlükəsizliyi də vacibdir. DTİHB bu il seçkilərin təyin olunduğu ölkələrin hökumətləri ilə sıx əlaqə saxlayır”.