UEFA AVRO-2020 ilə bağlı otel bronlarını ləğv edib

AVRO-2020-nin oyunlarını qəbul edəcək 12 şəhərdən biri olan Danimarkanın paytaxtı Kopenhagendə UEFA tərəfindən otellərdəki bronlar ləğv edilib.

Apasport.az saytının məlumatına görə, bu addım iyunun 12-dək iyulun 12-dək keçiriləcək yarışın təxirə salınacağı anlamına gəlir.

Danimarka mətbuatının əldə etdiyi bu məlumat şəhər rəsmiləri tərəfindən də təsdiqlənib. Eyni addımın digər təşkilatçı şəhərlərlə bağlı da atıldığı ehtimal olunur.

Qeyd edək ki, Kopenhagen B qrupunun Danimarka – Finlandiya, Danimarka – Belçika və Danimarka – Rusiya oyunlarına, həmçinin 1/8 final mərhələsinin bir matçına ev sahibliyi edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“SOCAR Marine” beynəlxalq dəniz yanacağı bazarında liderliyi ələ keçirib

Sonrakı məqalə

ATƏT/DTHİB koronavirusla əlaqədar seçki müşahidə missiyasının fəaliyyətini məhdudlaşdırır