ATƏT Baş katibi sərhəddəki son toqquşmalardan narahatdır

ATƏT Baş katibi Azərbaycan-Ermənistan sərhədindəki son toqquşmalardan narahatdır.

Bu barədə ATƏT-in Baş katibi Helqa Şmit Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsindəki görüşündə bildirib.

ATƏT Baş katibi Helqa Şmit son toqquşmalardan narahatlığını bildirərək, itkilərə görə baş sağlığı diləklərini çatdırıb.

Baş katib ATƏT-in bölgədə uzunmüddətli təcrübələri nəzərə alınaraq, normallaşma prosesinə dəstək verməyə hazır olduqlarını bildirib.

Tərəflər Azərbaycan-ATƏT əməkdaşlığı məsələləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. (APA)

Əvvəlki məqalə

Ərdoğan İsrailin Baş naziri Yair Lapidlə görüşüb

Sonrakı məqalə

Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb