ATƏT-in sədri Vyanada Dağlıq Qarabağı müzakirə edib

ATƏT-in fəaliyyətdə olan sədri, İsveç xarici işlər naziri Ann Linde, Vyanada keçirilən görüşlər çərçivəsində Dağlıq Qarabağ məsələsini müzakirə edib.

Ann Linde “Facebook” səhifəsində ATƏT-in qarşısında duran əsas vəzifələrin səfər zamanı diqqət mərkəzində olduğunu qeyd edib.

“Səfər müddətində Dağlıq Qarabağ münaqişəsi, fikir və media azadlığının qorunmasının vacibliyi, habelə ATƏT-də mövcud olan əməkdaşlıq formalarının inkişaf etdirilməsinin zəruriliyi müzakirə edilib”, – deyə Ann Linde yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Neft yenidən bahalaşıb

Sonrakı məqalə

“Paşinyanı rahat oturmağa qoymayacağam” –