“Atam Yunis Qəmbərovu 1991-ci ildə DTK əməkdaşları öldürüb” –İsa Qəmbərin qardaşından şok açıqlama

Azərbaycan Milli Məclisinin səbiq sədri İsa Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbər ataları, mərhum akademik, AMEA-nın müxbir üzvü Yunis Qəmbərovun 1991-ci ildə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən öldürüldüyü barədə şok məlumat yayıb.

Azpost.info bildirir ki, R.Qəmbər bu qətlin təşkilində siyasi motivlərin rol oynadığını deyib.

Onun sözlərinə görə, AXC rəhbərlərindən olan qardaşı İsa Qəmbər 1991-ci ilin sentyabrında  Ayaz Mütəllibovun prezident seçkilərinə etiraz olaraq Azadlıq meydanında keçirilmiş kütləvi etiraz aksiyasına rəhbərlik etdiyinə görə, atası Yunis Qəmbərov təhdid olunub.

“Atam çox sağlam olduğu halda Ayaz Mütəllibovun keçirdiyi prezident seçkisindən bir gün əvvəl qəflətən vəfat etdi. Daha doğrusu KQB işçilərinin “köməyi” ilə öldürüldü. Bu düşüncə 29 ildir ki, dünyamı dağıdıb”.

Onun sözlərinə görə, ədalət məhkəməsi o vaxtkı DTK rəhbərliyinin günahkar olduğunu isbat edə bilərdi: “Təəssüf ki, o vaxtdan yeni məhkəmə prosesi başladılmayıb. Son 28 ildə mən Almaniyada yaşamışam”.

Kimyaçı, professor Yunis Qəmbərov AMEA-nın müxbir üzvü olub. 1959-1962-ci illərdə Dövlət Kimya Komitəsinin Bakı Təcrübə Zavodunun mərkəzi laboratoriyasının müdiri olub. 1962-ci ildə həmin zavod əsasında Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutu (VNİİOlefin) yarandıqdan sonra “Piroliz” laboratoriyasına müdir, 1973-cü ildə Olefinlər İnstitutunda “Karbohidrogen monomerləri” şöbəsinə rəhbər, 1976-cı ildə isə elmi işlər üzrə direktor müavini təyin edilib. 1990-cı illərdə həmin institutun direktoru olub.

O, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri və bir sıra medallarla təltif edilib.

Yunis Qəmbərov 1991-ci il sentyabr ayının 7-də qəflətən vəfat edib.

Rövşən Qəmbər Almaniyada 2004-cü ildən rəsmi qeydiyyatdan keçmiş  Dünya Azərbaycanlıları Məclisinin sədridir. 1992-ci ildə “Ana Torpaq” Partiyasının rəhbəri olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Belarus müxalifətinin rəhbəri Mariya Kolesnikova həbs olundu

Sonrakı məqalə

Dolların sabaha olan rəsmi məzənnəsi