Belarus müxalifətinin rəhbəri Mariya Kolesnikova həbs olundu

Belarusun müxalifət lideri Mariya Kolesnikova hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

Bu barədə “Tut.by” informasiya portalı məlumat yayıb. Bildirilib ki, Kolesnikova hazırda Minskin Volodarskogo küçəsindəki 1 saylı həbsxanadadır.

“İstintaq Komitəsinin əsas istintaq şöbəsinin istintaq qrupunun rəhbəri Aleksandr Vasilyuk məni çağırdı və Kolesnikovanın həbs olunduğunu bildirdi. Paket gətirməyi təklif etdi”,- deyə müxalif siyasətçinin atası Aleksandr Kolesnikov jurnalistlərə bildirib.

Eyni zamanda, mülki geyimli və maskalı naməlum şəxslər Minskdəki İstiqlal prospektində yerləşən Kolesnikovanın evinə gəliblər. Onlar siyasətçinin mənzilində “istintaq fəaliyyəti” aparıldığını, ancaq hansı xarakter daşıdığını açıqlaya bilməyəcəklərini qeyd ediblər.

Xatırladaq ki, 7 sentyabrda Kolesnikova Minskin mərkəzində naməlum şəxslər tərəfindən mikroavtobusa mindirilərək naməlum istiqamətdə aparılıb. Ertəsi gün səlahiyyətlilər onun ölkəni tərk etməyə çalışdığını, ancaq saxlanıldığını bildirib. Daha sonra isə Kolesnikovanın ölkədən çıxarılmasına qarşı çıxdığı və bunun üçün öz pasportunu cırdığı məlum olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı Polisi bu günkü etiraz aksiyası haqqında məlumat yaydı

Sonrakı məqalə

“Atam Yunis Qəmbərovu 1991-ci ildə DTK əməkdaşları öldürüb” –