Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

ATƏT sədri Cənubi Qafqaza niyə gəlir və hansı məsələlər müzakirə ediləcək?

Orkhan Ali 16 Yanvar 2025 - 19:21 (Last updated: 21 May 2025 - 20:15)
1
“Səfər çərçivəsində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi və ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması kimi məsələlər müzakirə predmeti olacaq”.
Qaynarinfo-ya açıqlamasında bunu politoloq Əlimusa İbrahimov ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiya XİN rəhbəri Elina Valtonenin Cənubi Qafqaza gözlənilən səfərini şərh edərkən deyib.
Əlimusa İbrahimov bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması İrəvanın maneə törətməsi nəticəsində problemlə üzləşir:
“Nəticədə yola saldığımız 2024-cü ildə də sülh müqaviləsinə nail olunmadı. Sülh müqaviləsinin imzalanmaması fonunda isə müharibə riski də qalır.  Avropa ölkələri də regionda yeni bir müharibənin alovlanmasını istəmir. Ona görə də çalışırlar ki, sülh müqaviləsi bağlansın. Bu mənada ATƏT-in fəaliyyətdə olan sədrinin regiona səfərindən əsas məqsəd məhz Azərbaycanla Ermənistan arasında mövcud durumu nəzərdən keçirib ona qiymət verməkdən ibarətdir. Bununla da qurum 2025-ci ildə mövcud istiqamətdə atacağı addımları müəyyənləşdirməyi düşünür”.
Ekspert qeyd edir ki, mövzulardan biri də ATƏT-in Minsk Qrupunun ləğvi məsələsi olacaq:
“Bilirik ki, Azərbaycan haqlı olaraq ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılmasını istəyib. Son zamanlar Ermənistan da bu fikrə tərəfdar çıxıb. Görünür, ATƏT-in hazırkı sədri səfər çərçivəsində bu məsələni də müzakirə edib, qiymətləndirmə aparacaq”.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen 2025-ci ildə ölkənin təşkilata sədrliyi dövründə Cənubi Qafqaz regionuna səfər etməyi planlaşdırır. Amma səfərin vaxtı və konkret detalları hələ müəyyən edilməyib.

Post navigation

Previous: Korrupsiyada ittiham olunan 226 nəfərin işi məhkəməyə göndərilib
Next: Bakıda iki xanım sürücü qəza törədib yolu bağladı

Oxşar xəbərlər

ilham erdoqan
  • Siyasət

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM

User 08 Noyabr 2026 - 14:05
zefer video
  • Siyasət

“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb

User 08 Noyabr 2026 - 13:52
hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46

xƏBƏR

ilham erdoqan
  • Siyasət

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM

User 08 Noyabr 2026 - 14:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçiriləcək. Azpost.info təqdim edir.   AzPost.az
Read more about Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM
Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56
“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb zefer video
  • Siyasət

“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb

User 08 Noyabr 2026 - 13:52
Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.