Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Audiovizual Şura Baku TV-yə xəbərdarlıq edib

User 08 Oktyabr 2025 - 16:30 (Last updated: 08 Oktyabr 2025 - 16:56)
auido

Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib.

Bu barədə Şuradan məlumat verilib.

İclasda son aylarda efirə gedən televiziya proqramlarında ayrı-seçkiliyi ehtiva edən yanaşmaların artan tendensiyası ilə bağlı ciddi narahatlıq müzakirə olunub. Qeyd olunub ki, cari il ərzində aparılmış monitorinqlər nəticəsində “Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin pozulması, yəni müxtəlif növ ayrı-seçkiliyin təbliği nəticəsində ilin müxtəlif vaxtlarında “Space TV”, “Xəzər TV”, “ARB” kanallarına rəsmi xəbərdarlıq verilib, bir dəfə “Space TV” kanalının yayımı 6 saatlıq, “Kanal S” kanalının yayımı isə 24 saatlıq dayandırılıb. Bundan başqa, ictimai həssaslıq doğuran bu və ya digər mövzulara balanslı yanaşılması məqsədilə yayımçılara mütəmadi olaraq müvafiq tövsiyələr verilib.

İclas zamanı bu kontekstdə “Baku TV” televiziya kanalının efirində 24 sentyabr 2025-ci il tarixdə yayımlanan “Amin” proqramı zamanı səsləndirilən fikirlər də ciddi müzakirə olunub. Qeyd olunan proqramda kişi-qadın, ailə münasibətləri mövzusunda müzakirələr zamanı qonaq tərəfindən “…Mən qadınam. Kişi həmişə qabaqda getməlidi. Bu, həyatın qanunudu və bu qanunu sən pozsan, Allah sənə oğul övladından cəza çəkdirəcək… Bu qanundu, Allahın qanunudu… Allah-təala qadını sırf kişiyə tabe elətdirir…” fikirləri səsləndirilib.

“Audiovizual Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər “Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi (gender) ayrıseçkiliyinin təbliği kimi qeydə alınıb, daha sonra müvafiq prosedurlara uyğun olaraq həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.

İclas zamanı məsələ diqqətlə müzakirə edilib və yekdilliklə bu fikirlərin cinsi ayrıseçkiliyin təbliği kimi təfsir olunması qənaətinə gəlinib. Belə ki, proqramda qonaq qismində çıxış edən şəxs tərəfindən səsləndirilən fikirlərdə cinsi ayrı-seçkiliyi təşviq edən, qadın və kişi bərabərliyinə zidd olan ifadələrə yol verilib. Çıxış zamanı bu fikirlər dini və fəlsəfi yanaşmalarla əsaslandırılmağa cəhd edilmiş, lakin təqdim olunan mövqelər obyektiv dini və ya elmi əsaslardan kənar, subyektiv və ayrı-seçkilik xarakteri daşıyan məzmunla ifadə olunub. Həmçinin, qonağın fikirlərinə aparıcının təsdiqləyici reaksiya bildirməsi də, cinsi ayrı-seçkiliyin təbliğinə xidmət edə bilən fikirlərə yer verilməsi kimi qiymətləndirilib. Audiovizual Şuranın üzvləri “Baku TV” kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəliblər.

Audiovizual Şura media məkanının maarifləndirici, obyektiv və diskriminasiyadan kənar prinsip əsasında fəaliyyət göstərməsinin zəruriliyini yayımçılara bir daha xatırladır, onlardan yayım zamanı qanunvericiliyin normalarını əsas tutmalarını tələb edir”, – məlumatda qeyd olunub.

AzPost.az

Post navigation

Previous: Bakcell lotereyasında “Zeekr 001” üçün geri sayım başladı!
Next: Müsəlman qaydası ilə basdırılan kişinin ölümü rəsmən tanınmadı

Oxşar xəbərlər

mikrosoft
  • Media

Microsoft 60 min əməkdaşı ixtisar edə bilər – Süni intellekt baha başa gəlir

User 27 Oktyabr 2026 - 11:48
1200x800 (11)
  • Media

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

User 26 Oktyabr 2026 - 11:46
xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19

xƏBƏR

husiler
  • Dünya

Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı

User 27 Oktyabr 2026 - 22:22
Yəmən husiləri Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasına raket zərbəsi endirdiklərini bildiriblər. SABA agentliyinin məlumatına görə, hücum çərşənbə...
Read more about Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı
Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib? putin pezeskian
  • Dünya

Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib?

User 27 Oktyabr 2026 - 21:36
Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu ramiz
  • Sosial

Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu

User 27 Oktyabr 2026 - 21:30
Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər protez
  • Maraqlı

Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər

User 27 Oktyabr 2026 - 20:48
Baş ağrısında bu əlamətlər təhlükəlidir – həkim rəyi bas aqrisi1
  • Sosial

Baş ağrısında bu əlamətlər təhlükəlidir – həkim rəyi

User 27 Oktyabr 2026 - 20:38
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.