“AUKUS hərbi ittifaq deyil…” –Avstraliyanın xarici işlər naziri bəyanat verdi

Avstraliya, Böyük Britaniya və ABŞ (AUKUS) arasında üçtərəfli tərəfdaşlıq texnologiyalar sahəsində mübadiləni nəzərdə tutur və iştirakçıların təhlükəsizliyinin qorunması üçün hərbi ittifaq və ya təhlükəsizlik paktı deyil.

Bu barədə bəyanatla sentyabrın 22-də Avstraliyanın xarici işlər naziri Maris Peyn çıxış edib.

Xanım nazir qeyd edib ki, AUKUS Avstraliyanın Hind-Sakit okean regionunda azadlıq, aşkarlıq, sabitlik, təhlükəsizlik və əhatəlilik kimi prioritetlərini bir daha vurğulamaq üçün dəyərli fürsətdir. AUKUS çərçivəsində razılaşmalar Avstraliyanın milli təhlükəsizliyinin və regionda sabitliyin bərqərar olması üçün daimi səylərimizi əhatə edir.

M.Peyn, həmçinin bəyan edib ki, AUKUS-un yaradılması ABŞ ilə münasibətlərdə Avstraliyanın milli maraqları üçün əhəmiyyətli nəticələr əldə etmək imkanı yaradır.

Xatırladaq ki, Avstraliya, Böyük Britaniya və ABŞ sentyabrın 15-də təhlükəsizlik sahəsində yeni tərəfdaşlığın yaradıldığını bəyan ediblər. Razılaşma çərçivəsində Avstraliya ABŞ texnologiyaları əsasında ən azı səkkiz atom sualtı qayığının inşa edilməsini, həmçinin öz silahlı qüvvələrini ABŞ qanadlı raketləri ilə təchiz etməyi planlaşdırır. Bu məqsədə nail olmaq üçün rəsmi Kanberra Fransa ilə 50 milyard avro məbləğində razılaşmanı ləğv edərək, onun ölkənin milli maraqlarına cavab vermədiyini bildirib. Bunun cavabında rəsmi Paris Avstraliya hökumətini qəsdən aldatmaqda ittiham edərək, Kanberra və Vaşinqtondakı səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Ərdoğan ABŞ-da Gürcüstanın Baş naziri ilə görüşdü