Avqustun 10-dan açıq havada idman yarışlarının və oyunlarının keçirilməsinə icazə veriləcək

07 Avqust 2020 - 21:30

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci ilin avqustun 10-u saat 00.00-dan etibarən açıq havada idman yarışlarının və oyunlarının keçirilməsinə icazə veriləcək.

Bu barədə Nazirlər Kabineti yanında Operatriv Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketinində yer alıb.