Avrasiya İqtisadi Birliyi ölkələrində siqaret istehsalı tam dayandırıla bilər

Tütün Sənayesinin İnkişafı Şurası Avrasiya İqtisadi Komissiyasını (AİK) Avrasiya İqtisadi Birliyinin (AİB) üzv ölkələrində siqaret istehsalının tam dayandırılması riski ilə bağlı xəbərdarlıq edib.

“APA-Economics” “Vedomosti”yə istinadən xəbər verir ki, bu barədə AİK-in rəsmi internet səhifəsində dərc olunan komissiyanın müvafiq qərar layihəsinə dair təkliflərində deyilir.

AİB ölkələrində siqaret istehsalının tam dayandırılması AİK tərəfindən tütün xammalının tənzimlənməsinə dair yeni qaydaların qəbul edildiyi halda baş verə bilər. Yeni qaydalara görə, siqaret yüksək fitosanitar riskli məhsullar siyahısına daxil ediləcək.

Qeyd edək ki, iyul ayında AİK-də birliyin bütün üzv ölkələrində tütün xammalına nəzarətin gücləndirilməsi ilə bağlı müzakirələrə başlanılıb.

Xatırladaq ki, Avrasiya İqtisadi Birliyinə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənilərin “müstəqillik” müəmması –

Sonrakı məqalə

İnternetdə narkotik satan narkotacirlər ələ keçdi –