Avrasiya İqtisadi İttifaqının üzv ölkələri neft, qaz və neft məhsullarının ümumi bazarının yaratmağa başlayıblar.
Azpost.info RİA-ya istinadən bildirir ki, bu barədə Rusiya prezidenti Putin qurumda inteqrasiya prosesləri ilə bağlı iclasda bildirib. “Üzv dövlətlər tərəfindən ümumi maliyyə bazarının konsepsiyası təsdiqlənib, ümumi elektrik enerjisi bazarının yaradılmasına hazırlıq gedir. Biz neft,qaz və neft məhsullarının ümumi bazarının formalaşdıracaq proqramın reallaşdıırlmasna başlamışıq. Bu mürəkkəb məsələdir”-deyə Putin vurğulayıb.
Putin qeyd edib ki, iqtisadiyyatın digər sektorlarının böyük əksəriyyətində ümumi bazar artıq yaradılıb və uğurla işləyir.
Putin nümunə olaraq dərman və dərman məhsullarının istehsalı ilə bağlı yaradılmış vahid bazarı qeyd edib. “Yanvarın 1-dən Avrasiya İqtisadi İttifaqında bütün dərman vasitələrinin qeydiyyatı vahid qaydalar və prosedur üzrə həyata keçiriləcək”-deyə Rusiya prezidenti vurğulayıb.