“Avrasiya İttifaqı neft və qaz üçün ümumi bazar yaradır” –Putin “yeni SSRİ”-nin addımı barədə açıqlama verdi

Avrasiya İqtisadi İttifaqının üzv ölkələri neft, qaz və neft məhsullarının ümumi bazarının yaratmağa başlayıblar.

Azpost.info RİA-ya istinadən bildirir ki, bu barədə Rusiya prezidenti Putin qurumda inteqrasiya prosesləri ilə bağlı iclasda bildirib. “Üzv dövlətlər tərəfindən ümumi maliyyə bazarının konsepsiyası təsdiqlənib, ümumi elektrik enerjisi bazarının yaradılmasına hazırlıq gedir. Biz neft,qaz və neft məhsullarının ümumi bazarının formalaşdıracaq proqramın reallaşdıırlmasna başlamışıq. Bu mürəkkəb məsələdir”-deyə Putin vurğulayıb.

Putin qeyd edib ki, iqtisadiyyatın digər sektorlarının böyük əksəriyyətində ümumi bazar artıq yaradılıb və uğurla işləyir.

Putin nümunə olaraq dərman və dərman məhsullarının istehsalı ilə bağlı yaradılmış vahid bazarı qeyd edib. “Yanvarın 1-dən Avrasiya İqtisadi İttifaqında bütün dərman vasitələrinin qeydiyyatı vahid qaydalar və prosedur üzrə həyata keçiriləcək”-deyə Rusiya prezidenti vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

30 ildən sonra ilk dəfə Şuşada 20 Yanvar Şəhidlərinin anım mərasimi keçirilib –

Sonrakı məqalə

Azərbaycanda ötən gün 332 nəfər yoluxub –