“AVRO-2020”-nin ən yaxşı oyunçu o oldu

12 İyul 2021 - 08:35

Avropa çempionatının ən yaxşı oyunçusunun adı bəlli olub.

Bu, İtaliya millisinin qapıçısı Canluici Donnarummadır. O, turnir ərzində keçirdiyi yeddi matç ərzində qapısında cəmi dörd top buraxıb, İspaniya ilə yarımfinal və İngiltərə ilə final görüşlərindəki penaltilər seriyasında əsas qəhrəman olub.

Qeyd edək ki, AVRO-2020-nin qalibi İtaliya millisi olub.