Kubada hökumət əleyhinə kütləvi aksiyalar başlanıb

Kuba Prezidenti Miqel Diaz-Kanel Bermudez kommunistləri mövcud hökumətə qarşı nümayişlər zamanı təxribatların qarşısını almaq üçün küçələrə çıxmağa çağırış edib.

“Cubavision Internacional” portalı  xəbər verir ki, ölkə başçısı etirazçıları Amerika imperatorluğuna satılan əksinqilabi muzdlular adlandırıb.

O, qeyd edib ki, nümayişçilərə ölkədəki sabitliyi pozmağa icazə verilməyəcək, onlara qarşı inqilabi cavab olacaq.

Qeyd edək ki, Kubada iyulun 11-dən hökumət əleyhinə etiraz nümayişləri keçirilir. Etiraz aksiyaları paytaxt Havana da daxil olmaqla Kubanın səkkiz böyük şəhərini əhatə edir.

Etirazçılar “azad seçkilər” və sosial problemlərin, ilk növbədə ərzaq çatışmazlığının həllini tələb edirlər.

Qeyd edək ki, ABŞ-da yaşayan Kuba əsilli bir sıra siyasətçilər prezidenti Co Baydeni “Azadlıq adası”ndakı etirazlara müdaxilə etməyə çağırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gündən tələbələrin köçürülməsinə başlanılır

Sonrakı məqalə

“AVRO-2020”-nin ən yaxşı oyunçu o oldu