“Avropa İttifaqı “ağciyərlərinə atəş açdı”, indi də boğulur”  - Macarıstanın Baş naziri

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarını “ağciyərlərə açılan atəş” adlandırıb.

Azpost.info xəbər verir ki, Orban Rusiyaya qarşı sanksiya siyasətinin Aİ iqtisadiyyatına mənfi təsir etdiyini, iqtisadi tənəzzül təhlükəsi yaratdığını deyib.

“Sanksiya siyasəti ona olan ümidləri doğrultmadı. Üstəlik əks-effekt verdi. Əvvəlcə elə bildim ki, biz sadəcə özümüzü ayağımızdan vurduq, amma indi deyəsən, Avropa iqtisadiyyatı özünü vurdu, özü də ağciyərlərdən. Buna görə də indi boğulmaqdadır” – Orban bildirib.

Baş nazir hazırkı vəziyyəti fəlakət kimi qiymətləndirərək, yaxın gələcəkdə Aİ ölkələrində ya qazın olmayacağını, ya da çox baha olacağını proqnozlaşdırıb.

Azpost.info

Əvvəlki məqalə

Lənkəran icra hakimiyyətinin şöbə müdiri açıqlama verdi –

Sonrakı məqalə

Strateji Obyektlərin Mühafizəsi Agentliyinə rəis təyin edilib –