Avropa İttifaqı Alina Kabayevaya sanksiya tətbiq etdi

Avropa İttifaqının bu gün dərc edilən yeni sanksiya siyahısında tanınmış rusiyalı gimnast Alina Kabayevanın da adı var.

Azpost.info xəbər verir ki, Aİ-nin siyahısında Kabayeva bu cür təqdim olunub: “Alina Maratovna Kabayeva 1983-cü il mayın 12-də Daşkənddə (Özbəkistan) dünyaya gəlib, milliyətcə rusdur, Rusiya Dövlət Dumasının deputatı olub, gimnastdır, prezident Vladimir Putinə yaxından bağlıdır”.

Aİ yetkililəri onu da qeyd edir ki, Kabaeva Milli Media Qrupun İdarə Heyətinin sədridir: “Bu, Rusiyanın demək olar ki, bütün əsas media şirkətlərində böyük paya malik holdinqdir. Rusiya mediası hökumətin təbliğatını təkrarlayır. Ona görə də Kabayeva Ukraynada həyata keçirilən hərəkətlərin və siyasətin dəstəklənməsində, Ukraynanın ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin pozulmasında məsuliyyət daşıyır”.

Qeyd edək ki, Kabayevanın adı Rusiya prezidenti Vladimir Putinin sevgilisi kimi hallandırılır və cütlüyün övladlarının olduğu iddia edilir. Aİ-nin budəfəki “qara siyahısında” Kabayeva ilə yanaşı, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta, oğlu Nikolay və həyat yoldaşı Tatyana Navkanın da adı var.

Azpost.info

Əvvəlki məqalə

Zelenski məşhur rusiyalı jurnalistə Ukrayna vətəndaşlığı verdi

Sonrakı məqalə

Ölkəyə 5 ayda “Şahdəniz” neft yatağından 526 milyon dollar gəlir gəlib