Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyə razılaşıb

Avropa İttifaqına üzv ölkələrin səfirləri etimadı gücləndirmək və delimitasiyaya töhfə vermək məqsədi ilə Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanı göndərməyə razılaşıb.

Bu barədə “Azadlıq Radiosu”nun erməni xidməti diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu barədə qərar Siyasi və Təhlükəsizlik Komitəsinin qapalı formatda keçirilən iclasında qəbul edilib. Hazırda qərarın təfərrüatları, xüsusən missiyanın neçə nəfərdən ibarət olacağı, hansı ölkələrdən və onların Ermənistana gəlişi tarixləri müzakirə olunur.

Əvvəlki məqalə

Çin-Qırğızıstan-Özbəkistan-Xəzər dənizi dəmir yolunun istifadəyə verilməsi ticarət dövriyyəsini artıracaq

Sonrakı məqalə

Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkı açılıb