Çin-Qırğızıstan-Özbəkistan-Xəzər dənizi dəmir yolunun istifadəyə verilməsi ticarət dövriyyəsini artıracaq- Prezident

Biz detallı şəkildə geniş spektrli məsələləri müzakirə etmişik. Mədəni-humanitar əməkdaşlıqdan başlamış, iqtisadi, nəqliyyat sahəsində əməkdaşlıq və təhsillə bağlı məsələlər, yüksək texnologiyalara aid məsələlər də bura daxildir.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Qırğızıstan dövlət başçısı Sadır Japarovla mətbuata birgə bəyanatlarla çıxış edərkən bildirib.

Dövlət başçısı qeyd edib ki, Çin-Qırğızıstan-Özbəkistan-Xəzər dənizi dəmir yolunun tikintisi və istifadəyə verilməsi ilə ticarət dövriyyəsinin həcminin artması və yükdaşımanın qiymətinin aşağı düşməsi üçün yeni imkanlar yaranacaq.

“Biz qardaş Qırğızıstanı, eyni zamanda, digər əməkdaşlıq edən ölkələri bu vacib layihənin reallaşdırılması münasibətilə təbrik edirik”, – Prezident İlham Əliyev əlavə edib.

Azərbaycan dövlət başçısı Qırğızıstan Prezidenti ilə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi apardıqlarını da vurğulayıb.

Əvvəlki məqalə

“Bu, Rusiyanın vasitəçiliyini məhdudlaşdırmaq cəhdidir”

Sonrakı məqalə

Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyə razılaşıb