İrəvanda keçirilən sammitindən sonra Avropa İttifaqı Sülh Fondundan Ermənistana 30 milyon avro ayırıb. Tərəflər bildiriblər ki, vəsait orduya öldürücü olmayan müdafiə dəstəyi üçün istifadə olunacaq.
Azpost.info-nun məlumatına görə, Ermənistan Baş nazirinin veb saytında yerləşdirilmiş Aİ-nin bəyanatında bildirilir ki, Ermənistanın dayanıqlığını gücləndirmək məqsədilə Avropa Sülh Fondu çərçivəsində Ermənistana iki mərhələli 30 milyon avroluq qeyri-öldürücü yardımın ayrılmasını alqışlayır”.
Bu, Ermənistan ordusunun Avropa İttifaqının himayəsi altında gələcək beynəlxalq əməliyyatlarda və missiyalarda iştirak etməsinə imkan verəcəyi gözlənilir.
Aİ əvvəllər 2021-ci ildə müdafiə ehtiyacları üçün yaradılmış Sülh Fondundan Yerevana 10 milyon və 20 milyon avro ayırıb. Mart ayında Ermənistan üçüncü yardım paketi istəyib.