Avropa İttifaqı Gürcüstana namizəd statusu vermədi –QƏRAR

Avropa İttifaqı Şurası Gürcüstana Aİ-yə namizəd statusu verməyib.

Bu barədə məlumatı Aİ Şurasının Prezidenti Şarl Mişel “Twitter“ hesabındakı paylaşımında bildirib.

O qeyd edib ki, Şura Gürcüstana Avropa perspektivi tanınmasına qərar verib. Aİ Gürcüstana həllini gözləyən prioritet məsələləri yerinə yetirdikdən sonra namizəd statusu verməyə hazırdır.

“Gürcü xalqını təbrik edirəm. Aİ-Gürcüstan əlaqələrində tarixi bir andır. Gürcüstanın gələcəyi Aİ ilədir” – deyə diplomat bildirib.

Əvvəlki məqalə

Avropa İttifaqı Ukrayna və Moldovaya namizəd statusu verdi –

Sonrakı məqalə

Ağdam və Bərdəyə sel gəlib