Avropa İttifaqı missiyasının hərəkətləri sərhəddə gərginlik yaradıb –Ceyhun Bayramov

Avropa İttifaqının sərhəddə olan missiyasının hərəkətləri, müxtəlif Qərb diplomatlarının sərhədə gətirilməsi, sərhəddə heç bir gərginliyin olmaması halında bu, məsələnin daim gündəmdə saxlanılması, gərginlik kimi təqdim edilməsinə xidmət edirdi.

Bunu jurnalistlərə açıqlamasında XİN rəhbəri Ceyhun Bayramov deyib.

“Həmin missiyanın nəzarət zonasından Azərbaycan sərhədinin pozulması, sonra heç bir əsas olmasan snayper atəşi ilə hərbçimizin yaralanması buna misaldır”.

 

Nazirin sözlərinə görə, son 5 ay ərzində razılaşmalar əldə olunmasa da, Ermənistanla sərhəddə sülh və əmin-amanlıq mövcud idi.

“Bu 5 aya yaxın müddət Azərbaycan və Ermənistan şərti sərhədində ən sakit dövr idi. Bu dövrə nəzər salsaq, görürük ki, bəzi çevrələr bundan narahat idi və əllərindən gələni edirlər ki, vəziyyət dəyişsin, gərginlik olsun”, – nazir deyib.

Əvvəlki məqalə

Bayden çıxışı zamanı Rusiya ilə Çini səhv salıb

Sonrakı məqalə

Xocalıdakı kütləvi məzarlıqdan Natiq Qasımovun meyiti aşkar edilibmi?