“Avropa İttifaqı razılaşmalara əməl etmir”- ZAXAROVA

“Moskva Rusiya-Litva sərhədindəki sıxlıqla bağlı vəziyyəti Vilnüs və Brüsselin razılaşmalara əməl edə bilməməsi kimi qiymətləndirir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya beynəlxalq hüquqi və siyasi öhdəliklərini yerinə yetirmək üçün səylərini davam etdirəcək.

“Litvanın gömrük nəzarətini gücləndirməsi, dəmir yolu ilə yükdaşımalara kvotalar və sərnişin daşımalarına məhdudiyyətlər qoyması nəticəsində Rusiya-Litva sərhədində sıxlıq yaranmağa başlayıb. Biz hazırkı vəziyyəti Vilnüs və Brüsselin 2002 və 2004-cü illərdə Rusiya və Avropa İttifaqının birgə bəyanatlarında qeyd olunan razılaşmalara əməl edə bilməməsi kimi qiymətləndiririk”, – Zaxarova qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Qarabağ və Şərqi Zəngəzurda 300-dən artıq vakansiya var

Sonrakı məqalə

Ukraynanın dövlət borcu 5 trilyon qrivnanı keçib