Avropa İttifaqı Rusiya qazından nə vaxt imtina edəcək?- Avropakomissar açıqladı

“Avropa İttifaqı 2027-ci ilə qədər Rusiya qazından tamamilə imtina etmək niyyətindədir”.

Azpost.info xəbər verir ki, bunu Avropa komissarı Kadri Simson bildirib.

Komissar həmçinin əlavə edib ki, Aİ ölkələri Azərbaycandan yanacaq tədarükünü tədricən artıracaq.

Daha əvvəl Avropa Komissiyasının nümayəndəsi Tim Makfi bildirmişdi ki, AK Rusiya qazının Ukrayna vasitəsilə nəqlindən tamamilə imtina üzərində işləyir. O xatırladıb ki, ölkə ərazisindən yanacağın tranziti ilə bağlı müqavilə 2024-cü il dekabrın 31-də başa çatır və Avropa onu yeniləmək niyyətində deyil. Hazırda Rusiya qazını Avstriya, Slovakiya, Çexiya və İtaliya alır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.