Avropa İttifaqı bu gün Rusiyadan təbii qaz tədarükündən imtina etdi.
Bu barədə RTL radiosuna müsahibəsində daxili bazarda avrokomissar Tyerri Breton məlumat verib.
“Bu gün biz Rusiya qazından tamamilə ayrılmışıq… 40 faizdən asılı idik, indi isə cəmi 7 faiz”, – deyə o bildirib.
Onun sözlərinə görə, Rusiya Avropa üçün etibarlı tərəfdaş olmaqdan çıxıb.
Ona görə də 155 milyard kubmetr başqa mənbələr hesabına dəyişdirilib.
Üstəlik, qazın qiyməti aşağı düşməkdə davam edəcək. (APA)